TəhsilPlus kartının tətbiqində növbəti mərhələyə start verilib
Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə hazırlanmış TəhsilPlus kartının tətbiqində növbəti mərhələyə start verilib.
Martın 4-də keçirilən “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə kartın təhsilin bütün pillələrində çalışan təhsil işçilərinə təqdim olunmasını nəzərdə tutan əməkdaşlıq sənədləri imzalanıb.
Tədbirdə çıxış edən rəsmilər layihənin təhsil işçilərinin sosial rifahının və peşəkar motivasiyasının artırılmasına, həmçinin onlar üçün əlavə güzəşt və imkanların yaradılmasına xidmət etdiyini bildiriblər.
Tədbir çərçivəsində Təhsilin İnkişafı Fondu ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq sənədləri imzalanıb.
Ətraflı:
