Süni intellekt alətindən istifadə ilə bağlı növbəti info-sessiya keçirilib

Mayın 23-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində (LDU) tədqiqatçılar üçün növbəti info-sessiya keçirilib. Sessiya ictimaiyyət üçün açıq formatda baş tutub.

Xəbərlər

Tədbiri giriş sözü ilə açan universitetin elm və innovasiyalar üzrə prorektoru dosent Elvin Əliyev Agentliyin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən bu info-sessiyaların elm və ali təhsil müəssisələrinin əməkdaşları üçün əhəmiyyətini vurğulayıb.

Sessiyada Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşı Nərminə Abdullayeva “Scopus” elmmetrik bazasından səmərəli istifadə və onun süni intellekt dəstəkli aləti olan “Scopus AI” barədə təqdimatla çıxış edib. Təqdimatda jurnal və ədəbiyyat axtarışı strategiyaları, kvartillər üzrə axtarış, tədqiqat trendlərinin müəyyənləşdirilməsi, müəllif və qurum profillərinin analizi, tədqiqat təsirlərinin qiymətləndirilməsi, eləcə də süni intellekt alətləri vasitəsilə tədqiqat prosesinin sürətləndirilməsi və vaxtın optimallaşdırılması kimi mövzular əhatə olunub.

Sessiyada LDU-nun akademik və inzibati heyəti, magistrant və doktorantları iştirak ediblər. Tədbir interaktiv müzakirələr və praktiki nümunələrlə davam etdirilib.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.