Rusiyada təhsil alacaq tələbələrin adları açıqlanıb
Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Rusiyada təhsil alacaq tələbələrin adları açıqlanıb.
2024-2025-ci tədris ili üzrə Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (“MGIMO University”) qəbul üçün keçirilmiş müsabiqə nəticəsində 5 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil almaq imkanı qazanıb.
Seçim turları Dövlət İmtahan Mərkəzi və “MGIMO University” tərəfindən aparılıb. Tələbələrdən 3-ü bakalavriat, 2-si isə magistratura səviyyəsinə “Humanitar və sosial” ixtisas istiqaməti üzrə qəbul edilib.