Qazaxıstanda Azərbaycanın ali təhsil imkanları təqdim olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “Study in Azerbaijan” layihəsi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri Qazaxıstanın Astana və Almatı şəhərlərində keçirilən Beynəlxalq Təhsil Sərgisində (International Education Fair – IEF 2026) iştirak ediblər.

Xəbərlər

Sərgidə ziyarətçilərə Azərbaycanın ali təhsil müəssisələrində əcnəbi tələbələr üçün təklif olunan akademik proqramlar, qəbul qaydaları və təqaüd imkanları barədə məlumat verilib. Hər iki şəhərdə keçirilən sərgilərə ümumilikdə 3000-dən çox ziyarətçi qatılıb.

Səfər çərçivəsində Astana və Almatı şəhərlərindəki ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri ilə də görüşlər keçirilib. Görüşlərdə Azərbaycanda təhsil almaq imkanları, universitetlərə qəbul prosesi, ixtisas seçimi və əcnəbi tələbələrə göstərilən dəstək barədə ətraflı məlumat təqdim olunub, şagirdlərin sualları cavablandırılıb.

Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyətin davamı olaraq, qarşıdakı günlərdə Qırğızıstanın Bişkek və Özbəkistanın Daşkənd şəhərlərində keçiriləcək təhsil sərgilərində iştirak və görüşlərin təşkili nəzərdə tutulur.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.