ROR: elmi müəssisələrin beynəlxalq identifikasiya platforması
Research Organization Registry (ROR) – Tədqiqat Təşkilatlarının Reyestri elmi-tədqiqat fəaliyyəti həyata keçirən müəssisələr üçün unikal, açıq və daimi rəqəmsal identifikator təqdim edən beynəlxalq platformadır. ROR platforması təşkilatların beynəlxalq elmi platformalarda vahid şəkildə tanınmasına, məlumatların ardıcıllığının qorunmasına xidmət edir.
Qeyd edək ki, ROR beynəlxalq elmi ictimaiyyət tərəfindən geniş istifadə olunan açıq təşkilat identifikator sistemidir. Platformanın ödənişsiz və ictimaiyyətə açıq olması elmi müəssisələr üçün bu identifikatorun əlçatanlığını artırır.
Eyni zamanda, ROR bir sıra beynəlxalq nəşriyyat platformaları, repozitoriyalar və tədqiqat informasiya sistemləri ilə inteqrasiya imkanına malikdir.
Təşkilatlar asanlıqla özlərinin reyestrdə mövcud olub-olmadığını yoxlaya, mövcud məlumatları yeniləyə və ya yeni identifikator əldə etmək üçün müraciət edə bilərlər.
Reyestr identifikatorunun əldə edilməsi və istifadəsi ilə bağlı ətraflı məlumat üçün əlavədə təqdim edilmiş bələdçi ilə tanış ola bilərsiniz: https://drive.google.com/file/d/1KrPZNjmwDTA22Bq9FoTNWWgR13wWav_i/view?usp=sharing
