Azərbaycan universitetləri beynəlxalq sammitdə təmsil olunur

5–7 may tarixlərində İtaliyanın Milan şəhərində “Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetlərinin Sammiti”ndə Azərbaycan 5 aparıcı ali təhsil müəssisəsi ilə təmsil olunur.

Xəbərlər

Sammitdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki UniversitetiAzərbaycan Memarlıq və İnşaat Universiteti iştirak edir.

Sammit çərçivəsində ali təhsil müəssisələrinin ölkə pavilyonunda nümayiş etdirilən stendlərində iştirakçılara universitetlərin fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və təhsil proqramları barədə ətraflı məlumat təqdim olunur.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.