Qubada vətəndaş qəbulu və kollecə baxış keçirilib

İyulun 2-də Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Quba şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Xəbərlər

Vətəndaşların müraciətləri əsasən tələbələrin yerdəyişməsi və bərpası, işlə təmin olunma, təhsil sənədlərinin verilməsi, eləcə də elektron informasiya sistemində məlumatların əks olunması ilə bağlı məsələləri əhatə edib.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib. Həlli yerində mümkün olan müraciətlər operativ qaydada cavablandırılıb, əlavə araşdırma tələb edən məsələlərin icrası üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Səfər çərçivəsində Ülkər Səttarova Quba Dövlət Sosial-İqtisadi Kollecində olub, təhsil müəssisəsinin infrastrukturu, maddi-texniki bazası, tədrisin təşkili və ixtisaslar üzrə kadr hazırlığı barədə məlumatlandırılıb.

Agentliyin direktoru kollecin auditoriyalarına, kitabxanasına, həyətyanı sahəsinə, arxiv otağına və digər tədris məkanlarına baxış keçirib.

Sonda kollecin fəaliyyətinin daha da təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli kadr hazırlığının gücləndirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.