QS Avropa reytinqində universitetlərimizin sayı 15-ə çatdı

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunmuş “QS Avropanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alan Azərbaycan universitetlərinin sayı ötən illə müqayisədə 9-dan 15-ə yüksəlib. Reytinqdə təmsil olunan 42 ölkədən 958 universitet arasında bu il 6 Azərbaycan universiteti ilk dəfə olaraq siyahıya daxil edilib.

Xəbərlər

Yeni daxil olan universitetlərin sayına görə Azərbaycan 17-ci mövqedə qərarlaşıb. Eyni zamanda, 10 və daha çox universitetlə təmsil olunan ölkələr arasında, universitetlərin reytinq mövqelərinin yüksəlməsi baxımından Azərbaycan 3-cü yeri tutur.

QS Avropa reytinqində ölkə üzrə ilk üçlükdə aşağıdakı universitetlər yer alır:

1. AzərbaycanDövlət İqtisad Universiteti - 271-ci yer;

2. Bakı Dövlət Universiteti - 278-ci yer;

3. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 349-cu yer.

Qeyd edək ki, reytinqin əvvəlki buraxılışı ilə müqayisədə siyahıda yer alan Azərbaycan universitetlərinin əksəriyyəti bu il “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Məşğulluq nəticələri”, “Əcnəbi müəllim payı” və “Müəllim-tələbə nisbəti” kimi əsas indikatorlar üzrə mövqelərini daha da yaxşılaşdırıb.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.