9 nəfər Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 9 nəfər Azərbaycan vətəndaşı 2026–2027-ci tədris ili üzrə Qazaxıstanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Xəbərlər

Qazaxıstan tərəfinin yekun seçim qərarına əsasən, Azərbaycan vətəndaşlarından 4 nəfər "Al-Farabi Kazakh National University", 2 nəfər "Almaty Management University", 1 nəfər "L.N. Gumilyov Eurasian National University", 1 nəfər "Maqsut Narikbayev University", 1 nəfər isə "Caspian State University of Technology and Engineering named after Sh. Yessenov" universitetində təhsil alacaq.

Təhsil almaq hüququ qazanan şəxslərdən 3 nəfər bakalavriat, 1 nəfər magistratura, 5 nəfər isə doktorantura səviyyəsi üzrə seçilib.

Təhsil proqramları iqtisadiyyat və idarəetmə, humanitar və sosial elmlər, eləcə də yer elmləri ixtisas istiqamətlərini əhatə edir.

Təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.