Malayziya universiteti ilə əməkdaşlıq imkanları müzakirə olunub
Mayın 15-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində Malayziyanın Universiti Teknologi PETRONAS (UTP) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan və Malayziya ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Tərəflər tələbə mobilliyi və mübadilə proqramlarının təşkili, akademik və inzibati heyət arasında təcrübə mübadiləsi, birgə tədqiqat layihələri və elmi nəşrlərin hazırlanması, eləcə də innovasiya və sahibkarlıq sahəsində ortaq təşəbbüslərin həyata keçirilməsi kimi istiqamətlər üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.