Kollec tələbələri ABŞ-da təcrübə proqramına qəbul olunublar
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) iki tələbəsi ABŞ-nin “Camphill Village USA” təşkilatının beynəlxalq təcrübə proqramına qəbul olunub.
Kollecin İnklüziv təhsil ixtisasının III kurs tələbələri Firuzə Bayramova və Aidə Hüseynova proqram çərçivəsində ABŞ-da üç aylıq peşəkar təcrübə keçəcəklər. Onlar proqramın seçim və müsahibə mərhələlərini uğurla başa vuraraq beynəlxalq təcrübə proqramında iştirak hüququ qazanıblar.
