“SABAH-ın Məzunu 2026” tədbiri keçirilib
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, SABAH qrupları ötən illər ərzində Azərbaycan ali təhsilinin uğurlu brendinə çevrilərək istedadlı gənclərin potensialının reallaşdırılmasına, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir.
Qeyd edək ki, 2025/2026-cı tədris ilində 11 ali təhsil müəssisəsi üzrə 1285 bakalavr və 452 magistr SABAH qruplarını bitirir. Hazırda SABAH qrupları layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə 2785 tələbəni və 8212 məzunu əhatə edir.
