Kollec rəhbərləri üçün təlimlərə başlanılıb

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün Şəki şəhərində təlimlərə başlanılıb.

Xəbərlər

Təlimlərin məqsədi orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, rəhbər vəzifələrdə çalışan şəxslərin peşəkarlıq səviyyəsinin artırılması və idarəetmə səriştələrinin gücləndirilməsidir.

Beş günlük təlim proqramının ilk günü təhsil və tədris prosesinin təşkili mövzusuna həsr olunub. İştirakçılara tədrisin normativ-hüquqi əsasları, tədris sənədlərinin hazırlanması, kredit sistemi üzrə tədrisin təşkili, istehsalat təcrübəsinin planlaşdırılması və digər aktual məsələlər üzrə nəzəri və praktiki məlumatlar təqdim edilib.

Təlimlər təsdiq edilmiş proqram əsasında həyata keçirilir və ümumilikdə 5 əsas istiqaməti əhatə edir. Proqram çərçivəsində təhsil və tədris məsələləri ilə yanaşı, keyfiyyətin təmin olunması, hüquq və insan resurslarının idarə edilməsi, eləcə də maliyyə və SƏTƏM sahələri üzrə mövzuların təlimi nəzərdə tutulub.

Təlimlər Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, həmçinin müvafiq sahələr üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılır.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.