“IT SkillSprint” proqramının bağlanış mərasimi keçirilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən “IT SkillSprint” beynəlxalq intensiv təhsil proqramının bağlanış mərasimi keçirilib.

Xəbərlər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” tədris şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqramın əsas məqsədi tələbələrin informasiya texnologiyaları sahəsində nəzəri bilik və praktiki bacarıqlarını inkişaf etdirmək, onların qlobal əmək bazarında rəqabətqabiliyyətliliyini artırmaq, eləcə də universitet–sənaye əməkdaşlığını gücləndirməkdir.

Proqram çərçivəsində ölkənin 9 ali təhsil müəssisəsindən universitetə 400 və daha yüksək balla qəbul olunmuş, bakalavriat səviyyəsinin III kursunda təhsil alan ümumilikdə 120 tələbə seçilərək təlimlərə cəlb olunub. Tələbələr kibertəhlükəsizlik, data və süni intellekt, DevOps və süni intellekt, həmçinin veb proqramlaşdırma istiqamətləri üzrə beynəlxalq standartlara uyğun intensiv təlimlərdə iştirak ediblər.

Beş ay davam edən proqram ərzində tələbələr müasir informasiya texnologiyaları sahəsində praktik bilik və bacarıqlar əldə edib, real layihələr üzərində işləmək və sənaye nümayəndələri ilə əməkdaşlıq imkanları qazanıblar.

Proqramın bağlanış mərasimində yüksək nəticə göstərən tələbələr və hakaton qalibləri mükafatlandırılıb, proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.

Tədbirdən sonra iştirakçıların əmək bazarındakı imkanlarla tanış olması məqsədilə karyera sərgisi təşkil olunub.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.