Hesabatlılığın keyfiyyətinin artırılması üçün “MS Teams” təlimi
İyunun 9-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elm, ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri üçün “ Microsoft Teams” platformasının tətbiqinə və hesabatlılığın keyfiyyətinin artırılmasına dair onlayn təlim keçirilib. Təlimdə müxtəlif elm və təhsil müəssisələrini təmsil edən 100-dən çox nümayəndə iştirak edib.
Görüşün əsas məqsədi sənəd dövriyyəsinin və hesabatlılıq proseslərinin “MS Teams” platforması üzərindən həyata keçirilməsi nəticəsində kağız daşıyıcılarından istifadənin azaldılması, dövlət proqramlarına dair məlumatların real vaxt rejimində təhlil imkanlarının genişləndirilməsi, həmçinin monitorinq və idarəetmədə operativliyin və səmərəliliyin artırılması olub.
Təlim çərçivəsində iştirakçılara platformanın funksional imkanları, istifadə qaydaları, hesabatların hazırlanması və təqdim edilməsi zamanı diqqət yetirilməli olan əsas məqamlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, hesabatlılığın keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər və gözləntilər müzakirə olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
