ETƏŞ-in növbəti iclası keçirilib

Noyabrın 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) növbəti iclası keçirilib.

Xəbərlər

İclasda 26 elm və ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş və Şuranın Katibliyi tərəfindən sistemləşdirilmiş 80-dən çox dissertasiya mövzusu barədə Şura üzvlərinin rəy və təklifləri dinlənilib, müzakirələrin yekununda dissertasiya mövzularının təsdiqi məsələsi açıq səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

İclas çərçivəsində, həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyindəki elmi müəssisələr üçün onların elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair məlumatların vahid formada toplanılması, təhlili və qiymətləndirilməsi məqsədilə hazırlanmış hesabat formasının layihəsi müzakirəyə çıxarılıb. Şura üzvlərinin rəy və təklifləri də nəzərə alınmaqla vahid hesabat forması yekdilliklə təsdiqlənib. #EATDA #ETƏŞ

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.