ETƏŞ-in iclasında dissertasiya mövzuları təsdiq edilib.

15 may tarixində texnika elmləri doktoru Ülkər Səttarovanın sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) növbəti iclası keçirilib.

Xəbərlər

İclasda 68 elm və ali təhsil müəssisəsi tərəfindən ETƏŞ-ə təqdim edilmiş dissertasiya mövzuları təsdiq olunub. Şura üzvləri işçi qaydasında 1000-dən çox dissertasiya mövzusu ilə tanış olduqlarını, irad və təkliflərini ETƏŞ katibliyinə təqdim etdiklərini bildiriblər. Həmin iradlar əsasında müvafiq düzəlişlər edilmiş dissertasiya mövzuları ilə bağlı iclasda geniş müzakirələr aparılıb. Sonda səsvermə yolu ilə dissertasiya mövzuları təsdiq edilib.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.