Emin Əmrullayev Suriyanın təhsil naziri ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumu çərçivəsində Suriya Ərəb Respublikasının təhsil naziri Mohammad Turko və ali təhsil və elmi tədqiqat naziri Marvan Halabi ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Suriya arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, akademik əməkdaşlıq, tələbə və müəllim mübadiləsi ətrafında danışıblar.
