Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib

Oktyabrın 28-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) növbəti iclası keçirilib.

Xəbərlər

İclasda əvvəlki illərə aid dissertasiya mövzuları ilə bağlı müəssisələrə göndərilmiş rəsmi məktub əsasında təqdim olunan məlumatlar müzakirə olunub. Ümumilikdə, 49 elm və ali təhsil müəssisəsindən daxil olmuş və Şuranın katibliyi tərəfindən sistemləşdirilmiş 1000-dən çox mövzu Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla açıq səsvermə yolu ilə təsdiqlənib.

Həmçinin, iclasda elmi etika və akademik dürüstlük məsələləri müzakirə olunub və elmi fəaliyyətin şəffaflığının təmin edilməsinin vacibliyi vurğulanıb. Müzakirələrin yekununda akademik dürüstlüyün qorunmasına dair ETƏŞ-in adından vahid açıqlamanın hazırlanaraq ictimaiyyətə təqdim olunması barədə qərar qəbul edilib.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.