Elmi jurnalların nüfuzunun artırılması məqsədilə pilot layihəyə start verilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində (EATDA) beynəlxalq elmi bazalarda indekslənən və indekslənmə potensialı olan altı jurnalın baş redaktorları və redaksiya heyəti ilə görüş keçirilib.

Xəbərlər

Görüşdə elmi jurnalların nüfuzunun artırılmasına yönəlmiş pilot layihənin ilkin mərhələsi müzakirə olunub.

Layihə Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə "Elsevier" və "Clarivate" şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Seçilmiş jurnalların göstəricilərinin yaxın illər ərzində yüksəldilməsi məqsədilə birgə fəaliyyət planlaşdırılır.

Görüş zamanı riyaziyyat, biologiya, mühəndislik, informasiya texnologiyaları, humanitar və sosial elmləri əhatə edən jurnalların tədqiqat istiqamətləri, inkişaf prioritetləri, müəssisələr tərəfindən görülməli işlər və gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparılıb.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.