“ANKOSLink 2025” beynəlxalq konfransı keçirilib.

4-6 noyabr tarixlərində Türkiyə Respublikasının Prezident Xalq Kitabxanasının ev sahibliyi ilə təşkil edilən “ANKOSLink 2025” beynəlxalq konfransı keçirilib. 3 gün davam edən tədbirdə 250 qurumdan 700-dən artıq iştirakçı və 80 şirkət təmsil olunub.

Xəbərlər

Konfransda insan mərkəzli rəqəmsal transformasiya, süni intellekt və etika, süni intellekt və tədqiqat alətləri, akademik nəşriyyatda süni intellektin istifadəsi, akademik nəşriyyatda transformasiya, transformativ müqavilələr, informasiya əldə etməkdə bərabərlik və informasiyanın paylanma modelləri kimi mövzular panel sessiyalarda və iştirakçı firmaların təqdimatlarında əhatə olunub.

Beynəlxalq tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov iştirak edib. O, konfrans çərçivəsində iştirakçı müəssisələr və şirkətlərlə görüşlər keçirib, yeniliklərlə bağlı fikir mübadiləsi aparıb.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.