Agentliyin direktoru Şamaxıda vətəndaş qəbulu keçirib

Aprelin 16-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Şamaxı şəhərində vətəndaş qəbulu keçirib.

Xəbərlər

Qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Vətəndaşların müraciətləri əsasən işə qəbul, işə bərpa, təhsil sənədləri və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq izahatlar verilib. Həlli yerində mümkün olan müraciətlər operativ şəkildə cavablandırılıb, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.