Agentliyin direktoru ADPU-nun Quba filialında olub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Qubaya səfəri çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında olub.

Xəbərlər

Səfər çərçivəsində filialın rəhbərliyi və pedaqoji heyətlə görüş keçirilib. Görüş zamanı universitetdə elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin artırılması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, müəllim hazırlığının təkmilləşdirilməsi, yeni təhsil proqramlarının hazırlanması və mövcud təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin pedaqoji heyətin rəy və təklifləri dinlənilib.

Daha sonra Ülkər Səttarova filialın maddi-texniki bazasına, tədris auditoriyalarına və həyətyanı sahəyə baxış keçirərək ali təhsil müəssisəsinin mövcud şəraiti ilə tanış olub.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.