8 nəfər tacikistanlı HTP ilə Azərbaycanda təhsil alacaq

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş” çərçivəsində 2026-2027-ci tədris ili üzrə 8 nəfər Tacikistan Respublikası vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Xəbərlər

Əcnəbi tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Tibb Universitetində bakalavriat və magistratura səviyyələrində təhsil alacaqlar.

Tədris proqramları humanitar və sosial, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə, əsas (baza ali) tibb təhsili ixtisas istiqamətlərini əhatə edəcək.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.