Scopusda uyğun jurnalların seçilməsi təlimi
Tədqiqatçılar üçün “Scopus bazasında nəşr üçün uyğun jurnalların seçilməsi” mövzusunda onlayn təlim keçiriləcək. Təlimin məqsədi tədqiqatçıların beynəlxalq elmi nəşr imkanlarını genişləndirmək və nəşr strategiyalarını daha effektiv şəkildə qurmağa dəstək olmaqdır.
Təlim çərçivəsində iştirakçılara tədqiqat mövzusu, keyfiyyət göstəriciləri və elmi təsir meyarlarına uyğun indekslənən jurnalların müəyyənləşdirilməsi üzrə praktiki yanaşmalar təqdim olunacaq. Eyni zamanda bazanın alətlərindən səmərəli istifadə, jurnal metriklərinin düzgün qiymətləndirilməsi, “yırtıcı” (elmi dürüstlük və şəffaflıq prinsiplərinə riayət etməyən jurnallar) jurnalların tanınması və onlardan yayınma üsulları, eləcə də məqalələrin nəşrə qəbul olunma imkanlarının artırılması yolları müzakirə ediləcək.
Təlimçi: Saide Sak - müştəri məmnuniyyəti üzrə menecer, Elsevier
Tarix: 25 fevral 2026-cı il, saat 15:00
Dil: Türk dili
Qeydiyyat linki: https://elsevier.zoom.us/.../WN_EIQcXbCYTQ6SZ7qLHX0U7A
