Agentliyin direktoru Şamaxıda vətəndaşları qəbul edəcək
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova aprelin 16-da Şamaxı şəhərində vətəndaş qəbulu keçirəcək.
Qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı və Qəbələ rayonlarının sakinləri iştirak edə bilərlər.
Adıçəkilən rayonların sakinləri qəbula yazılmaq üçün Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəsi ilə (yalnız iş günləri və iş saatları ərzində) əlaqə saxlaya və ya “portal.edu.az” platforması vasitəsilə elektron formada müraciət edə bilərlər.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslərin 15 aprel saat 18:00-dək qeydiyyatdan keçməsi mütləqdir.
