"Scopus AI" təlimi

Magistrant və doktorantların beynəlxalq elmi platformalardan və süni intellekt alətlərindən səmərəli istifadə bacarıqlarının artırılması məqsədilə onlayn təlim keçiriləcək.

Elanlar

Təlim çərçivəsində iştirakçılara Scopus platformasının imkanları, süni intellekt alətlərindən məsuliyyətli və etik istifadə, elmi ədəbiyyatın effektiv axtarışı, aktual dissertasiya mövzularının müəyyənləşdirilməsi, potensial elmi rəhbərlərin və tədqiqat qruplarının aşkar edilməsi barədə məlumat veriləcək.

Təlim magistrant və doktorantlara əldə etdikləri bilikləri dissertasiya hazırlığı və gələcək elmi-tədqiqat fəaliyyətlərində tətbiq etmək, beynəlxalq elmi resurslardan daha səmərəli yararlanmaq imkanı yaradacaq.

Təlim “Elsevier” şirkətinin nümayəndəsi Saide Sak tərəfindən aparılacaq.

Tarix: 5 noyabr 2026-cı il

Saat: 12:00

Format: onlayn

Dil: Türk dili

Qeydiyyat linki: https://elsevier.zoom.us/webinar/register/WN_Ew0mvynRRaaNO0dMadhZcg

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.