“Scopus AI” alətinin imkanları mövzusunda info-sessiya keçiriləcək.

Tədqiqatçılar üçün Süni intellektlə elmi tədqiqatların effektiv təşkili: “Scopus AI” alətinin imkanları mövzusunda info-sessiya keçiriləcək.

Elanlar

Mayın 23-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində Süni intellektlə elmi tədqiqatların effektiv təşkili: “Scopus AI” alətinin imkanları mövzusunda info-sessiya keçiriləcək.

“Scopus” elmmetrik bazasından səmərəli istifadə və “Scopus AI” süni intellekt alətinin imkanları ilə bağlı təşkil olunan sessiyada aşağıdakı mövzulara toxunulacaq:

•⁠ ⁠Əhatəli ədəbiyyat və kvartillər üzrə jurnal axtarışı strategiyaları

•⁠ ⁠Tədqiqat trendləri, istinadlar, qurum və müəllif profilləri və tədqiqat təsirlərinin təhlili

•⁠ ⁠“Scopus AI” aləti vasitəsilə tədqiqat prosesinin sürətləndirilməsi və vaxta qənaət

•⁠ ⁠Etibarlı və aktuallığı təsdiqlənmiş mənbələrə əsaslanaraq tədqiqat keyfiyyətinin artırılması

Bu sessiya elmi fəaliyyətlə məşğul olanlar üçün faydalı alət və yanaşmalarla tanışlıq imkanı yaradacaq. İnfo-sessiya tədqiqatla maraqlanan hər kəs üçün açıqdır.

Tarix: 23 may 2025-ci il

Saat: 11:00

Məkan: Lənkəran şəhəri, Lənkəran Dövlət Universiteti, 3 saylı tədris binası, akt zalı

Bağlantılar

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.