Qırğız Respublikasında təqaüdlə təhsil imkanı
2025–2026-cı tədris ili üzrə Azərbaycan vətəndaşları üçün Qırğız Respublikasında bakalavriat səviyyəsində təqaüd proqramı elan edilib. Proqram Qırğız və ya rus dilində tədrisi nəzərdə tutur.
Təqaüd proqramı 24 aprel 2024-cü il tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.
Təqaüd proqramına müraciət üçün son tarix 04 iyul 2025-ci il nəzərdə tutulub.
Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.