HTP ilə Çində təhsil imkanı

2026-2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çində təhsillə bağlı sənəd qəbulu başlayıb. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Elanlar

Təqaüd proqramına sənəd qəbulu 19 dekabr 2025-ci il saat 23:59-dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2026-cı ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.

Məlumat üçün bildiririk ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Keçid bağlantıları

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.