Dünya Akademik Sammiti

7-9 oktyabr tarixlərində Birləşmiş Krallığın Mançester şəhərində “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyi tərəfindən “THE Dünya Akademik Sammiti” keçirilib. Dünyanın müxtəlif ölkələrindən 500-dən çox nümayəndənin qatılacağı sammitdə təhsil sahəsində aktual mövzular müzakirə olunub, o cümlədən “THE 2025 dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin rəsmi nəticələri elan edilib.

Beynəlxalq tədbirlər
Oktyabrın 7-də dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən təşkil olunan Dünya Akademik Sammiti çərçivəsində Elm və Ali təhsil üzrə Dövlət Agentliyi və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə Azərbaycan elm və ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib.
 
THE-nin data üzrə baş direktoru Dankn Rossun moderatorluğu ilə keçirilən panel sessiyada Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev spiker qismində iştirak ediblər.
 
Panel sessiyada Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsi mövzusunda çıxış edən Ülkər Səttarova müvafiq sahədə strateji hədəflər, elm və ali təhsilin inteqrasiyası, dövlət proqramlarının icrası və əcnəbi tələbələr üçün təqaüd imkanları barədə məlumat verib.
 
Elçin Babayev BDU-nun elmi-tədqiqat fəaliyyəti, beynəlmiləlləşmə və inkişaf strategiyasından və Universitetin beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində atılan addımlardan bəhs edib. Suallarla davam edən panel sessiyanın 2-ci hissəsində Körfəz Elm və Texnologiya Universitetinin (Küveyt) prezidenti, spiker Bassam Alameddinin çıxışında elm və ali təhsilin beynəlmiləlləşməsi sahəsində Küveyt təcrübəsi ilə müqayisədə Azərbaycanın bu istiqamətdə gördüyü tədbirlər və əldə etdiyi nəticələr müzakirə edilib.
Qeyd edək ki, panel sessiyada Kanada, Almaniya, Rumıniya, Slovakiya, Çin, Cənubi Afrika və digər ölkələrdən 50-ə yaxın nümayəndə iştirak edib. Azərbaycanın 8 qabaqcıl ali təhsil müəssisəsi sammitdə nümayəndə heyəti ilə təmsil olunub.

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2024 © Bütün hüquqlar qorunur.