“Qlobal Davamlı İnkişaf Konqresi”

Tailand Krallığında keçirilən “Qlobal Davamlı İnkişaf Konqresi” davamlı inkişafla bağlı müzakirələrə həsr olunub.

Beynəlxalq tədbirlər
"Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşəbbüsü ilə Tailand Krallığının paytaxtı Banqkok şəhərində dünyanın 100-dən çox ölkəsindən 3000-dən artıq qlobal lider və innovatorun iştirakı ilə “Qlobal Davamlı İnkişaf Konqresi” keçirilib. 
 
Elm və Təhsil Nazirliyinin dəstəyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 10 qabaqcıl yerli universitet (“ADA” Universiteti (ADA University), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Baki Ali Neft Mektebi, Naxçıvan Dövlət UniversitetiSumqayıt Dövlət Universiteti) konqres çərçivəsində Azərbaycan pavilyonunda təmsil olunub.
 
Konqresdə “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən universitetlərin fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələri rəsmi elan edilib. Ötən il 7 Azərbaycan universitetinin təmsil olunduğu bu reytinqə cari ildə daxil olacaq universitet sayının 2 dəfəyədək artması gözlənilir.
 keçirilib. 
 
Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2024 © Bütün hüquqlar qorunur.