Times Higher Education (THE) World University Rankings

Azərbaycan ali təhsil müəssisələri son illərdə “Times Higher Education (THE)” Beynəlxalq Reytinq Agentliyi tərəfindən elan olunan reytinq cədvəllərində aktiv şəkildə təmsil olunur.

Beynəlxalq reytinqlərdə iştirak

Reytinqlər ali təhsil müəssisələrinin bir neçə istiqamət (tədrisin keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq və s.) üzrə fəaliyyətinə əsaslanaraq onların sıralamasını müəyyən edən sistemdir. Reytinqlər ali təhsil müəssisəsinin beynəlxalq məkanda nüfuzunun artırılmasına, o cümlədən tələbələr, müəllimlər və tədqiqatçılar üçün ali təhsil müəssisələri arasında seçim etməyə dəstək göstərir. Hazırda Azərbaycan ali təhsil müəssisələri “Times Higher Education (THE) World University Rankings” və "Quacquarelli Symonds" (QS) və digər reytinq cədvəllərində təmsil olunur. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən 2026-cı ilə qədər Azərbaycanın ən azı 3 ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin top-800-də yer alan universitetlərin reytinq siyahısına düşməsi hədəf kimi müəyyənləşdirilib. Azərbaycan ali təhsil müəssisələri son illərdə “Times Higher Education (THE)” Beynəlxalq Reytinq Agentliyi tərəfindən elan olunan reytinq cədvəllərində aktiv şəkildə təmsil olunur. Hazırda Azərbaycan ali təhsil müəssisələrinin “Times Higher Education (THE)” beynəlxalq reytinq cədvəllərində təmsil olunma göstəricisi aşağıdakı kimidir:

THE 2025 Dünya Universitetlərinin Reytinqi (Times Higher Education World University Rankings 2025):
 2 ali təhsil müəssisəsi – Bakı Dövlət Universiteti (1501+), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1501+)

THE 2024 Fənn Sahələri üzrə Reytinq (THE Subject Ranking 2024):
1 ali təhsil müəssisəsi – Bakı  Dövlət Universiteti (1001+ Fizika, 1001+ Mühəndislik)

THE İmpakt 2024 Reytinqi (THE Impact Rankings 2024)
18 ali təhsil müəssisəsi - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Xəzər Universiteti və s.

Bağlantılar

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2024 © Bütün hüquqlar qorunur.