Quacquarelli Symonds (QS) Rankings

Azərbaycan ali təhsil müəssisələri son illərdə “Quacquarelli Symonds (QS)” Beynəlxalq Reytinq Agentliyi tərəfindən elan olunan reytinq cədvəllərində aktiv şəkildə təmsil olunur.

Beynəlxalq reytinqlərdə iştirak

Reytinqlər ali təhsil müəssisələrinin bir neçə istiqamət (tədrisin keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq və s.) üzrə fəaliyyətinə əsaslanaraq onların sıralamasını müəyyən edən sistemdir. Reytinqlər ali təhsil müəssisəsinin beynəlxalq məkanda nüfuzunun artırılmasına, o cümlədən tələbələr, müəllimlər və tədqiqatçılar üçün ali təhsil müəssisələri arasında seçim etməyə dəstək göstərir. Hazırda Azərbaycan ali təhsil müəssisələri “Times Higher Education (THE) World University Rankings” və "Quacquarelli Symonds" (QS) və digər reytinq cədvəllərində təmsil olunur. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən 2026-cı ilə qədər Azərbaycanın ən azı 3 ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin top-800-də yer alan universitetlərin reytinq siyahısına düşməsi hədəf kimi müəyyənləşdirilib. Azərbaycan ali təhsil müəssisələri son illərdə “Quacquarelli Symonds (QS)”, “Times Higher Education (THE)” Beynəlxalq Reytinq Agentlikləri tərəfindən elan olunan reytinq cədvəllərində aktiv şəkildə təmsil olunur. Hazırda Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə təmsil olunma göstəricisi aşağıdakı kimidir:

QS 2025 Dünya Universitetlərinin Reytinqi (QS World Universities Rankings 2025):

3 ali təhsil müəssisəsi – Bakı Dövlət Universiteti (951-1000); Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1001-1200) və Azərbaycan Dövlət İqtisad Universiteti (1001-1200)

QS 2024 Fənn Sahələri üzrə Reytinq (QS by Subject Ranking 2024):
2 ali təhsil müəssisəsi – Azərbaycan Dillər Universiteti (301-340, müasir dillər) və Azərbaycan Dövlət İqtisad Universiteti (351-400, iqtisadiyyat və ekonometrika; 501-550, ictimai elmlər və menecment)

QS 2024 Davamlılıq Reytinqi (QS Sustainability Ranking 2024):
2 ali təhsil müəssisəsi – Azərbaycan Dövlət İqtisad Universiteti (1051-1100) və Bakı Dövlət Universiteti (1201+)

Bağlantılar

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2024 © Bütün hüquqlar qorunur.