“Scopus AI – süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” mövzusunda növbəti info-sessiya keçirilib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunan info-sessiyada müxtəlif elm və ali təhsil müəssisələrindən 300-ə qədər akademik və inzibati heyət, doktorant, magistrant və tədqiqatçı iştirak edib.
Sessiya çərçivəsində iştirakçılara süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI” alətindən istifadə etməklə tədqiqat trendlərinin müəyyən edilməsi, xülasələrin hazırlanması, aktual mövzuların və müvafiq ekspertlərin tapılması barədə məlumat verilib.
Qeyd edək ki, mövzu ilə əlaqədar növbəti info-sessiyalar 12 və 17 dekabr tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcəkdir. Təlimlərdə iştirak etmək istəyən hər kəs (ali təhsil müəssisəsi və ya elmi-tədqiqat institutunun əməkdaşı və ya təhsilalanı olmaq şərtilə) keçidə daxil olaraq qeydiyyatdan keçə bilər.