Qarabağda info-sessiyalar keçirilib

18-19 mart tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Qarabağ Universitetində elm və ali təhsil ictimaiyyəti üçün info-sessiyalar keçirilib. Tədbirdə təhsil müəssisəsinin tələbə, müəllim və inzibati heyəti üçün iki istiqamətdə təqdimatlar edilib.

Xəbərlər

Tədbirin açılış nitqi ilə çıxış edən rektor Şahin Bayramov Qarabağ Universitetində elmi tədqiqat və beynəlxalq əməkdaşlıq mövzuları ilə bağlı keçirilən info-sessiyaların önəmini vurğulayıb. Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşları Nərminə Abdullayeva və Ülviyyə Gözəli “Scopus”, “Science Direct” məlumat bazalarından səmərəli istifadə strategiyaları və “Scopus AI” süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı mövzusunda təqdimatla çıxış ediblər. Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Həcər Kəlbiyeva isə elm və ali təhsilin beynəlmiləlləşməsi, beynəlxalq əməkdaşlıq imkanları, yerli və xarici tələbələr üçün mövcud təqaüd proqramlarına dair sessiya iştirakçılarını məlumatlandırıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.