Qana nümayəndə heyəti ilə əməkdaşlıq imkanları müzakirə olunub

Noyabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində Qana Respublikasının Ticarət, Aqrobiznes və Sənaye Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Qana tərəfinin nümayəndələri ilə yanaşı, Afrika–Azərbaycan Əməkdaşlığı Təşkilatının (AFAZ) nümayəndələri də iştirak ediblər.

Xəbərlər

Görüş zamanı Azərbaycan ilə Qana arasında ali təhsil və elm sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlara Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı Proqramının məqsədi, əhatə dairəsi və iştirak şərtləri, eləcə də Proqram çərçivəsində Qana vətəndaşlarının Azərbaycanda müxtəlif təhsil səviyyələri üzrə ali təhsil almaq imkanları barədə ətraflı məlumat təqdim olunub.

Bununla yanaşı, “Study in Azerbaijan” təşəbbüsü çərçivəsində ölkəmizin ali təhsil sistemi, xarici tələbələr üçün mövcud təhsil imkanları, təqaüd proqramları və beynəlxalq tələbələr üçün yaradılmış əlverişli akademik mühit barədə məlumat verilib.
Görüşdə, həmçinin Azərbaycan və Qananın ali təhsil müəssisələri, eləcə də elmi-tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, akademik mübadilə imkanlarının təşviqi perspektivləri müzakirə olunub.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.