Nazarbayev Universiteti ilə əməkdaşlıq müzakirə edilib

24–25 sentyabr tarixlərində Bakıda keçirilən “Avrasiya Universitetlərinin Sammiti” çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Qazaxıstanın Nazarbayev Universitetinin rektoru Vaqar Əhməd ilə görüşüb.

Xəbərlər

Görüşdə elm və ali təhsil sahəsində ümumi əməkdaşlıq perspektivləri, birgə tədqiqat imkanlarının genişləndirilməsi, müəllim və tələbə mübadiləsinin təşkili, həmçinin universitetlərin qlobal rəqabət qabiliyyətinin artırılması məsələləri müzakirə olunub.

Tərəflər qarşılıqlı əməkdaşlığın regionda ali təhsilin beynəlmiləlləşməsi və yeni imkanların yaradılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.