Kollec direktorunun təqaüdə yola salınması ilə bağlı görüş keçirilib
Sentyabrın 16-da Azərbaycan Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecində kollecin direktoru Faiq Şahbazlının təqaüdə yola salınması münasibətilə görüş keçirilib
Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Agentliyin nümayəndələri, həmçinin kollecin rəhbərliyi və pedaqoji heyəti iştirak ediblər.
Ülkər Səttarova çıxışında Faiq Şahbazlının təhsil sahəsində uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətini yüksək qiymətləndirib, onun rəhbərliyi dövründə kollecdə əldə olunan nəticələri müsbət dəyərləndirib. Həmçinin yeni tədris ili ilə əlaqədar pedaqoji heyəti təbrik edib və kollecin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Faiq Şahbazlı göstərilən diqqət və etimada görə minnətdarlığını bildirib, uzun illər rəhbərlik etdiyi kollektivin fəaliyyətinə verilən dəstəyə görə təşəkkür edib. Görüşün sonunda ona Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “Təşəkkürnamə”si təqdim olunub.