Clarivate ilə birgə sertifikasiya proqramı keçirilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Clarivate” şirkətinin birgə təşkilatçılığı ilə 20–24 iyul 2026-cı il tarixlərində Serbiya Respublikasının Belqrad şəhərində “Elmmetriya üzrə Sertifikasiya Proqramı” təşkil olunub.

Xəbərlər

Beş gün davam edən proqramda Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında elmmetriya istiqaməti üzrə fəaliyyət göstərən 18 əməkdaş iştirak edib.

Proqram çərçivəsində iştirakçılara beynəlxalq elmi kommunikasiya, elmmetrik təhlil, elmi fəaliyyətin monitorinqi və müəssisələrin akademik göstəricilərinin qiymətləndirilməsi istiqamətləri üzrə nəzəri və praktiki biliklər təqdim olunub.

Təlimlər zamanı “Web of Science”, “InCites”, “Journal Citation Reports”, “EndNote”, “ProQuest Central”, “Research Horizon Navigator” və “Research Assistant” platforma və alətlərinin elmi fəaliyyətin qiymətləndirilməsi və elmmetrik təhlillərin aparılması prosesində tətbiqi izah edilib. İştirakçılar hər bir mövzu üzrə praktiki tapşırıqlar yerinə yetirmək imkanı qazanıblar.

Proqramın sonunda iştirakçılara “Clarivate” şirkəti tərəfindən beynəlxalq sertifikatlar təqdim olunub.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.