Azərbaycanlı tələbələr Türkiyədə təqaüdlə təhsil alacaqlar

2025–2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində 11 nəfər azərbaycanlı Türkiyədə təhsil almaq hüququ qazanıb.

Xəbərlər

Proqram Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) arasında imzalanmış Niyyət Məktubu çərçivəsində həyata keçirilir.

Yekun qərara əsasən təqaüd proqramına seçilmiş şəxslər turizm idarəçiliyi, ictimai hüquq, xüsusi hüquq, jurnalistika, kompüter mühəndisliyi, meşə mühəndisliyi, tarix, kimya, biznesin təşkili və idarə edilməsi, siyasi elm və dövlət idarəçiliyi ixtisasları üzrə “Hacettepe Üniversitesi”, “Atatürk Üniversitesi”, “Akdeniz Universitesi”, “Dokuz Eylül Üniversitesi”, “İstanbul Üniversitesi”, “İstanbul Üniversitesi - Cerrahpaşa” və s. kimi nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.

Qeyd edək ki, tələbələrdən 10 nəfəri doktorantura, 1 nəfəri isə postdoktorantura üzrə sözügedən təhsil müəssisələrinə qəbul olunub.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.