Azərbaycanda beynəlxalq tələbələrin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Abşeron yarımadasında keçirilən növbəti ağacəkmə aksiyasına Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycanda təhsil alan beynəlxalq tələbələr də qoşulub.
Ağacəkmə aksiyasında müvafiq qurumların struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin nümayəndələri və ölkəmizdə təhsil alan beynəlxalq tələbələr iştirak ediblər.
Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda beynəlxalq tələbələrin şəbəkələşməsi və ictimai aktivliyinin artırılması və əcnəbilərin Azərbaycanda təhsilinin təşviqi məqsədilə payız ağacəkmə aksiyasında 18 ali təhsil müəssisəsindən 40-a yaxın ölkəni təmsil edən 70-dən çox beynəlxalq tələbə iştirak edib.
Qeyd edək ki, aksiya zamanı ərazidə Abşeron yarımadasının iqliminə uyğun çox sayda eldar şamı və digər ağaclar əkilib.