Ülkər Səttarova: Elmi sahədə beynəlxalq əlaqələrimiz kifayət qədər inkişaf etməyib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova elmi sahədə beynəlxalq əlaqələr barədə fikirlərini bölüşüb.
“Biz xarici tərəfdaşlarla birgə təhsil sahəsində müəyyən əlaqələr qurmağı bacarmışıq. İkili diplom proqramları, tələbə mobilliyi və digər sahələrdə irəliləyiş var, amma elmi sahədə beynəlxalq əlaqələrimiz hələ kifayət qədər inkişaf etməyib. Bu problem mövcuddur. Say artmış ola bilər, amma keyfiyyət və effektivlik istənilən səviyyədə deyil”.