“Scopus AI” ilə tədqiqat bacarıqlarının inkişafı mövzusunda info-sessiya
“Scopus AI – süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” mövzusunda Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Dövlət İqtisad Universitetində info-sessiyalar keçirilib.
İnfo-sessiyalarda müxtəlif elm və ali təhsil müəssisələrinin akademik və inzibati heyəti, doktorantlar və magistrantlar iştirak edib.
Silsilə şəkildə dörd universitetdə keçirilən info- sessiyalarda ümumilikdə 1000-ə yaxın tədqiqatçı iştirak edib. Sessiyalar çərçivəsində iştirakçılara süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI” alətindən istifadə etməklə tədqiqat trendlərinin müəyyən edilməsi, xülasələrin hazırlanması, aktual mövzuların və müvafiq ekspertlərin tapılması barədə məlumat verilib.