BMU-da info-sessiya: “SCOPUS AI - Süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı”
12 fevral tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı Mühəndislik Universitetində “SCOPUS AI - Süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” adlı növbəti info-sessiya keçirilib.
Elm və ali təhsil müəssisələrindən 300 nəfərdən çox akademik və inzibati heyətin iştirakı ilə baş tutan info-sessiyada Agentliyin əməkdaşları tərəfindən "Scopus" elmmetrik bazasından və “SCOPUS AI” süni intellekt alətindən istifadə qaydaları barədə iştirakçılara məlumat verilib.
İnfo-sessiya nəşr üçün mənbələrin seçilməsi, müəllif və qurum profilləri, “SCOPUS AI” aləti ilə əhatəli ədəbiyyat axtarışı, tədqiqat trendlərinin, istinadlar və tədqiqat təsirlərinin təhlili, elmi araşdırmalar üçün süni intellekt alətindən səmərəli istifadə, eləcə də tədqiqata ayrılan vaxta qənaət kimi mövzuları əhatə edib.