“Web of Science Core Collection” bazasından istifadə ilə bağlı vebinar

“Web of Science” bazasında sosial elmlər, incəsənət və humanitar elmlər məzmunu ilə axtarışınızı daha da genişləndirin mövzusunda vebinar keçiriləcək.

Elanlar

“Clarivate” şirkətinin “Web of Science Core Collection” bazası təbiət, texniki, sosial və humanitar elmlər, eləcə də incəsənət üzrə qlobal əhəmiyyətli jurnallarda, kitablarda və konfrans materiallarında dərc olunan elmi tədqiqat məqalələrini və onlar arasında istinad əlaqələrini özündə cəmləyən zəngin indeks bazasıdır.

Sosial elmlər, incəsənət və humanitar elmlər üçün mənbələrin axtarışı, seçimi və təhlili, eləcə də ədəbiyyat axtarışını genişləndirmək üçün istinad naviqasiyasından istifadə üsullarını öyrənmək istəyirsinizsə, 24 yanvar tarixində saat 14:00-da keçiriləcək vebinara qoşula bilərsiniz.

Təlimçi: “Clarivate” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi İltifat İbrahimov.

Vebinar iştirakçılarına sertifikat təqdim olunacaqdır.

Keçid bağlantıları

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.