Tədqiqatçılar üçün vebinar
Sentyabrın 5-də “Həmkar rəyi (Peer Review): ən yaxşı təcrübələr və tövsiyələr” mövzusunda vebinar təşkil olunacaq. Tədbirdə həmkar rəyinin tədqiqatın dürüstlüyünü və etibarlılığını təmin edən əsas mexanizmlərdən biri kimi rolu müzakirə ediləcək.
Vebinar çərçivəsində ADA Universitetinin dosenti, tədris işləri üzrə prorektorun müşaviri Anar Vəliyev “peer review” prosesinə dair tövsiyələrini iştirakçılarla bölüşəcək. Eyni zamanda, “Clarivate” şirkəti həmkar rəylərinin daha şəffaf və əlçatan olmasına imkan yaradan texnologiyaları təqdim edəcək. İştirakçılara “Web of Science” tədqiqatçı profili vasitəsilə həmkar rəylərinin nümayiş etdirilməsi yolları da izah olunacaq.
Qeyd edək ki, vebinarın sonunda bütün iştirakçılara sertifikat təqdim olunacaq.
Təqdimatçılar:
İltifat İbrahimov
Anar Vəliyev
Tarix: 5 sentyabr 2025-ci il, saat 15:00-16:15
Qeydiyyat linki: https://lnkd.in/efzqBT3f