Süni intellekt aləti ilə elmi tədqiqatların effektiv təşkili

Süni intellekt aləti ilə elmi tədqiqatların effektiv təşkili: “Scopus AI”ın imkanları mövzusunda Gəncədə info-sessiya keçiriləcək

Elanlar

11 aprel tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Texnologiya Universitetində elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiya keçiriləcək. Bu sessiya elmi fəaliyyətlə məşğul olan şəxslərə tədqiqat zamanı süni intellektin imkanlarından istifadə üçün faydalı alət və yanaşmalarla tanışlıq imkanı yaradacaq.

İnfo-sessiyada Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşı Nərminə Abdullayeva “Scopus” elmmetrik bazasından səmərəli istifadə və “Scopus AI” süni intellekt alətinin imkanları ilə bağlı təqdimatla çıxış edəcək. Sessiyada aşağıdakı mövzulara toxunulacaq:

•⁠ ⁠Əhatəli ədəbiyyat və kvartillər üzrə jurnal axtarışı strategiyaları

•⁠ ⁠Tədqiqat trendləri, istinadlar, qurum və müəllif profilləri və tədqiqat təsirlərinin təhlili

•⁠ ⁠Süni intellekt aləti vasitəsilə tədqiqat prosesinin sürətləndirilməsi və vaxta qənaət

•⁠ ⁠Etibarlı və aktuallığı təsdiqlənmiş mənbələrə əsaslanaraq tədqiqat keyfiyyətinin artırılması

Gəncə şəhəri və ətraf ərazilərdən olan elm və təhsil ictimaiyyətinin nümayəndələri info-sessiyada iştirak üçün qeydiyyatdan keçə bilərlər.

Tarix: 11.04.2025-ci il, saat 11:00

Məkan: Gəncə şəhəri, Azərbaycan Texnologiya Universiteti, Akt zalı

Bağlantılar

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.