Qarabağda info-sessiyalar keçiriləcək

Qarabağda elmi tədqiqat və beynəlxalq əməkdaşlıq imkanları barədə info-sessiyalar keçiriləcək

Elanlar

18-19 mart tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Qarabağ Universitetində elm və ali təhsil ictimaiyyəti üçün info-sessiyalar keçiriləcək. Tədbirdə iki istiqamət üzrə təqdimat aparılacaq.

Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşları Nərminə Abdullayeva və Ülviyyə Gözəli “Scopus”, “Science Direct” məlumat bazalarından səmərəli istifadə strategiyaları və “Scopus AI” süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı mövzusunda təqdimatla çıxış edəcəklər. Agentliyin Xaricdə təhsil sektorunun əməkdaşı Həcər Kəlbiyeva isə elm və ali təhsilin beynəlmiləlləşməsi və beynəlxalq əməkdaşlıq imkanları barədə iştirakçıları məlumatlandıracaq.

Qarabağ və ətraf ərazilərdən elm və təhsil ictimaiyyətindən olan şəxslər info-sessiyalarda iştirak üçün qeydiyyatdan keçə bilərlər.

Bağlantılar

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.