Naxçıvanda info-sessiya keçiriləcək

Naxçıvanda elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiya keçiriləcək.

Elanlar

Fevralın 25-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiya keçiriləcəkdir. Tədbirdə iki istiqamət üzrə təqdimat aparılacaqdır.

Agentliyin Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlı iştirakçıları elm və ali təhsilin beynəlmiləlləşməsi və beynəlxalq əməkdaşlıq imkanları, Elmi müəssisələrlə iş şöbəsinin böyük məsləhətçisi Nərminə Abdullayeva isə “Scopus”un süni intellekt alətindən istifadə etməklə tədqiqat bacarıqlarının inkişafı barədə məlumatlandıracaq.

Tarix: 25 fevral 2025-ci il, saat 11:00

Məkan: Naxçıvan Dövlət Universiteti, Universitet şəhərciyi, Konservatoriya tədris binası, akt zalı

Bağlantılar

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.